Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Cəlilabad rayonunda çiyələk yığımına başlanılıb.
Oxu.Az Photostock.az-a istinadən xəbər verir ki, 2025-ci ildə Cəlilabadda 632 hektar sahədə çiyələk əkilib.
Ötən il rayonda bu rəqəm 607 hektar olub.
Çiyələk istehsalı ilə 700-dən çox fermer məşğul olur. Bununla yanaşı, mövsümi yığım dövründə minlərlə kənd sakini üçün iş imkanı yaranır.
Həmçinin 2022-ci ildən Cəlilabadda "Çiyələk Festivalı" keçirilir. Festival çərçivəsində fermerlər məhsullarını təqdim edir, kulinariya nümunələri, canlı musiqi və xalq sənətləri sərgilənir və yerli turizmin inkişafına dəstək verilir.
Daha çox foto burada: PhotoStock.az