Cəlilabadda dəhşətli qəza, ölən var Hadisə yerindən FOTOLAR

05.12.2024

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Modern.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, Əyyub Əsədovun idarə etdiyi "VAZ 2110" markalı minik avtomobili ilə Orxan Səfərovun idarə etdiyi "Qazel" markalı yük avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü ölüb, digər sürücü isə yaralanıb.

Yaralı rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью