Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq. Güclü yağış Cəlilabadda fəsadlar törədib.
Rayonun Göytəpə şəhərində sel suları yaşayış məntəqələrinə və kənd təsərrüfatı sahələrinə ciddi ziyan vurub.
Əkin sahələri, xüsusilə də çiyələk plantasiyaları tamamilə su altında qalıb.
Baku TV-nin məlumatına görə, sel suları əkin sahələri ilə yanaşı, yolları da yararsız hala salıb. Nəqliyyatın hərəkəti çətinləşib.
Cəlilabadda əkin sahələri su altında qalıb: "Bir azdan küçələri də sel basacaq" Sakinlərin sözlərinə görə, artıq üç gündür ərazidə fasiləsiz yağış yağır.
"Dünən axşamdan yağış daha da güclənib. 50 sot çiyələk sahəm selin altında qalaraq məhv olub.
Bir azdan küçələri də sel basacaq", - deyə sakinlərdən biri bildirib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.