Cəlilabadda əkin sahələrində gəmiricilər artıb

16.12.2024

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Cəlilabad rayonunda əkin sahələrində siçanabənzər gəmiricilərin artdığı müşahidə olunur.

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən "Report"un Muğan bürosuna verilən məlumata görə, qurum tərəfindən gəmiricilərə qarşı mübarizə tədbirləri aparılır.

Belə ki, 700-dən şox fermerin müraciəti əsasında cari ay ərzində 3 500 hektar sahə üçün müvafiq kimyəvi preparat (sink-fosfid) onlara təhvil verilib. Gəmiricilər daha çox buğda sahələrində müşahidə olunur.

Həmçinin vurğulanıb ki, cari il ərzində əkin sahələrində çəyirtkə müşahidə olunmayıb.

Gəmiricilərin çoxalmasına əsas səbəb kimi hava şəraitinin mülayim keçməsi göstərilir.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью