Cəlilabadda əlində pirotexniki vasitə partlayan azyaşlı AĞIR YARALANDI

31.12.2024

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cəlilabadda 7 yaşlı uşaq pirotexniki vasitənin partlaması nəticəsində ağır xəsarət alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayon sakini Ş. Aslanovun əlində pirotexniki vasitənin partlaması nəticəsində üzündə və tənəffüs yollarında 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri yaranıb.
Azyaşlı dərhal rayon xəstəxanasına yerləşdirilib və ona tibbi yardım göstərilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью