Cəlilabadda əmiləri tərəfindən baltalanan uşaqlardan biri VƏFAT ETDİ

01.02.2026

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cəlilabad rayonunda əmisi tərəfindən balta ilə xəsarət yetirilən qız ölüb.
 

MÖVZU İLƏ BAĞLI: 

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi


Bizim.Media xəbər verir ki, 2011-ci il təvəllüdlü Həqiqət Nağıyeva həkimlərin bütün səylərinə baxmayaraq, yerləşdirildiyi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Hadisənin şahidi olan qonşuların verdiyi məlumata görə, özünü balta zərbəsindən qorumaq istəyən yeniyetmənin əvvəlcə əl hissəsi kəsilib, sonra isə başından zərbə alıb.
 

Mərhumun meyiti müayinə olunması üçün morqa təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Xatırladaq ki, qızın qardaşı 2012-ci il təvəllüdlü Nağıyev Hüseyn Musa oğlu da ağır xəsarətlərlə xəstəxanadadır. Hadisəni törədən uşaqların əmisi 49 yaşlı Ə. Nağıyev polis tərəfindən saxlanılıb.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью