Cəlilabadda ərini öldürməkdə şübhəli bilinən qadın saxlanıldı

30.11.2025

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1990-cı il təvəllüdlü Vüsal Cəfərov qətlə yetirilib.

Onu qətlə yetirməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Kəsirə Cəfərova artıq saxlanılıb.

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir. Faktla bağlı araşdırmalar aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью