Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Cəlilabadda evdə yanğın olub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun mərkəzi ərazisindəki birmərtəbəli evdə qeydə alınıb.
Hadisə yerinə FHN-nin Cəlilabad yanğından mühafizə hissəsinin iki texnikası və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində alov lokallaşdırılıb və digər tikililərə keçməsinin qarşısı alınıb.
Qeyd edək ki, ev yanar konstruksiyaları və əşyaları ilə birlikdə tamamilə yanıb.
Yanğının başvermə səbəbləri araşdırılır.