Cəlilabadda ev yanaraq kül oldu

15.11.2026

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Cəlilabad rayonunun Kazımabad kəndində fərdi yaşayış evində yanğın baş verib.

Moderator.az xəbər verir ki, hadisə nəticəsində ev və içərisindəki əşyalar tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Adil Əliyevə məxsus kürsülü, birmərtəbəli, ümumi sahəsi 80 kvadratmetr olan evdə qəfil yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri cəlb edilsə də, alovun qarşısını almaq mümkün olmayıb. Nəticədə yaşayış evi əşyaları ilə birlikdə tamamilə yanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью