Cəlilabadda ev yanaraq külə DÖNDÜ

29.01.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

"Unikal" report-a istinadən xəbər verir ki,, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Məzahir İmanova məxsus birmərtəbəli yaşayış evi anidən alovlanıb. H

adisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvələri cəlb olunub. Lakin 63 kvadratmetrlik ikiotaqlı ev tamamilə yanaraq kül olub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью