Cəlilabadda FACİƏ: iynə vurulan 6 aylıq körpə ÖLDÜ

30.11.2025

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cəlilabadda 6 aylıq körpə iynə vurulduqdan sonra dünyasını dəyişib

Lent.az xəbər verir ki, Cəlilabad şəhəri, Səttərxan küçəsində yaşayan Amiq Mirzəyev 6 aylıq övladının səhhətində problem yarandığı üçün onu Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Pediatriya şöbəsinə aparıb.

Məlumata görə, uşağı müayinə edən həkim Davud Qurbanov ona iynə vurub. Valideyn bildirir ki, iynədən sonra körpənin vəziyyəti daha da ağırlaşıb və o, təcili şəkildə paytaxtdakı xəstəxanalardan birinə aparılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью