Cəlilabadda fərdi yaşayış evi yanaraq külə döndü Video

28.11.2026

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cəlilabad rayonunda fərdi yaşayış evində yanğın hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Cəfərli kəndində qeydə alınıb.
Kənd sakini Mirsayid Məmmədova məxsus birmərtəbəli fərdi yaşayış evində qəfil başlayan yanğın qısa müddətdə genişlənib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb edilsə də, evi yanğından xilas etmək mümkün olmayıb. Nəticədə yaşayış evi tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Hadisənin başvermə səbəbləri araşdırılır.

Sabutay, Bizim.Media, Cənub bürosu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью