Cəlilabadda fərdi yaşayış evində yanğın olub

01.10.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cəlilabad, 1 oktyabr, AZƏRTAC

Cəlilabad rayonunun Hamarqışlaq kəndində yanğın hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə kənd ərazisində Rasim Əliyevə məxsus birmərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Yanğın nəticəsində evə ziyan dəyib.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Yanğının başvermə səbəbi və dəymiş ziyanın həcmi dəqiqləşdirilir.

Müxbir - İlkin Adıyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью