Cəlilabadda fermada GÜLLƏLƏNMƏ Gözətçi yaralandı

22.09.2026

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cəlilabad rayonunda güllələnmə hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Hamarqışlaq kəndi ərazisində yerləşən fermalardan birində qeydə alınıb.
Məlumata görə, fermada gözətçi işləyən, Goranboy rayon sakini, 1963-cü il təvəllüdlü Məhərrəm Bayramov ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.
Döş qəfəsindən yaralanan şəxs təcili tibbi yardımın köməyi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.
Sabutay, Bizim.Media, Cənub bürosu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью