Cəlilabadda gənc suvarma hovuzunda boğulub

23.07.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində yerləşən meyvə bağında qeydə alınıb.

Belə ki, rayon sakini, 21 yaşlı gənc çimmək üçün daxil olduğu suvarma hovuzunda boğulub.

Onun meyiti Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью