Cəlilabadda “Hoqqa” çay evində istehlaka yararsız içkilər aşkarlanıb

08.01.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Cəlilabad şəhəri, Nizami küçəsində fəaliyyət göstərən, fiziki şəxs Şahmarov Üzeir Sərdar oğluna məxsus “Hoqqa” çay evində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

XQ xəbər verir ki, obyektdə saxta və istifadə müddəti bitmiş içkilər müəyyən edilərək satışdan kənarlaşdırılıb.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkar barəsində inzibati protokol tərtib olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью