Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Cəlilabadda hotel yanıb.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hadisə rayonun H.Əliyev Seyrəngahında yerləşən "Göl" hotelində baş verib: "Qəflətən 3 mərtəbəli otelin 2-ci mərtəbəsində başlayan yanğın digər otaqlara doğru genişlənib.
Hadisə yerinə Cəlilabad Yanğından Mühafizə Hissəsinin 2 texnikası və canlı qüvvəsi cəlb olunaraq alov lokallaşdırılıb.
Ümumilikdə, hotelin 30 kvadratmetri yanaraq yararsız hala düşüb". "Yanğının səbəbi araşdırılır.
Qeyd edək ki, otel uzun müddətdir istifadəsiz idi". *** 16:06 Cəlilabadda yerləşən hotellərin birində yanğın baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri aparılır. Faktla bağlı araşdırma aparılır. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.