Cəlilabadda iki avtomobil toqquşdu, ölən var

21.06.2025

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, hadisə Cəlilabadın Göytəpə şəhəri ərazisində qeydə alınıb.

"VAZ 2106" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər hadisə yerində ölüb.

Ölən şəxs "VAZ"ın sərnişini, Göytəpə şəhər sakini, 1957-ci il təvəllüdlü Əminağa Xudaqulu oğlu Tağıyevdir.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью