Cəlilabadda iki maşın toqquşub, ölən və xəsarət alan var

05.12.2024

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Cəlilabad rayonunda yol qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

"VAZ 2110" markalı minik avtomobili ilə "QAZel" markalı yük avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Xəsarət alan şəxs rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью