Cəlilabadda iki Mercedes toqquşdu Xəsarət alanlar var FOTO

20.12.2024

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Cəlilabadda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə hadisə köhnə Ələt-Astara magistralında, Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı nəqliyyat vasitələri hərəkətdə olarkən qarşı-qarşıya gəliblər və qəza qaçılmaz olub.

Qəza nəticəsində sürücülər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью