Cəlilabadda iki müəllim dərs üstündə dava etdi, prokurorluq işə qarışdı

08.10.2025

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cəlilabadda müəllimlər dərs saatı üstündə əlbəyaxa olublar.

News24.az xəbər verir ki, hadisə Cəlilabadın Ləkin kənd orta məktəbində baş verib.

Məktəbin çağrışaqədərki hazırlıq müəllimi Telman Mirzəyevlə ibtidai sinif müəllimi Əfsun Məcidov arasında dərs saatı üstündə yaranan mübahisə davaya çevrilib.

Nəticədə müəllimlər bir-birlərinə yumruq zərbələri endiriblər.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

Faktla bağlı araşdırma aparılır. (Teleqraf)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью