Cəlilabadda ikimərtəbəli yaşayış evi əşyaları ilə birgə yandı VİDEO

26.07.2026

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cəlilabad şəhərində ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib.
Bizim.Media xəbər verir ki, yanğın barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürmə texnikası və şəxsi heyəti cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə lokallaşdırılıb və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
 

Yanğın nəticəsində ev içərisindəki əşyalar və yanar konstruksiyalarla birlikdə tamamilə yanaraq yararsız vəziyyətə düşüb.


Faktla bağlı araşdırma aparılır, yanğının başvermə səbəbi müəyyənləşdirilir.


Sabutay, Bizim.Media, Cənub bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью