Cəlilabadda itkin düşən 33 yaşlı qadın tapılıb FOTO YENİLƏNİB

01.12.2024

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cəlilabadda itkin düşən 33 yaşlı qadın tapılıb.

APA-nın xəbərinə görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində Cəlilabad rayonunun Hacıməmmədli kənd sakini, 1991-ci il təvəllüdlü Heydərova Leyla Hikmət qızının olduğu yer müəyyən edilərək tapılıb.

***

30 noyabr, saat 12.38

Cəlilabadda 33 yaşlı qadın itkin düşüb.

DİN-in Mətbuat xidmətinin Cənub regional qrupundan APA-ya verilən xəbərə görə, Cəlilabad rayonunun Hacıməmmədli kənd sakini, 1991-ci il təvəllüdlü Heydərova Leyla Hikmət qızı 24.11.2024-cü il tarixdə yaşadığı evdən çıxıb və indiyədək qayıtmayıb.

Leyla Heydərovanın əlamətləri bunlardır:

Boyu 170 sm, gözləri qəhvəyi rəngdədir. Evdən çıxan zaman əynində qara rəngli köynək, qara şalvar, ağ idman ayaqqabısı, boz rəngli gödəkçə olub.

Onun barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinin 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Emin Şirvanzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью