Cəlilabadda kartof sahələri xəstəlikdən məhv olur Foto

06.11.2026

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Cəlilabad rayonunda kartof əkinlərinə yayılan xəstəliklər fermerlərə ciddi ziyan vurur. 
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bir sıra kəndlərdə, xüsusilə Maşlıq kəndində kartof kollarının quruyaraq məhv olduğu bildirilir.
Fermerlərin sözlərinə görə, bəzi sahələrdə məhsulun böyük hissəsi yararsız vəziyyətə düşüb. Onlar istifadə etdikləri dərman preparatlarının təsirsiz qalmasından narazıdırlar.
Mütəxəssislər isə xəstəliklərin yayılmasına rütubətli hava şəraiti, aqrotexniki qaydalara əməl edilməməsi və preparatların yanlış tətbiqinin səbəb ola biləcəyini bildirirlər. Yaranmış vəziyyətin məhsuldarlığa və fermerlərin gəlirlərinə ciddi təsir edəcəyi gözlənilir.


Sabutay, Bizim.Media, Cənub bürosu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью