Cəlilabadda keçmiş məhkum tapamça ilə tutulub

27.02.2025

Icma.az bildirir, Reyting.az portalına istinadən.


Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 45 yaşlı Cavid Niftioğlu saxlanılıb.

DİN-in Mətbuat Xidməti Lənkəran regional qrupundan Reyting.az-a verilən məlumata görə, həmin şəxsdən 1 ədəd "Beretta" markalı tapança aşkarlanıb.
Məhkəmənin qərarı ilə C.Niftioğlu barəsində həbs qətimkan tədbiri seçilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью