Cəlilabadda körpə anasının bətnində öldü

23.09.2026

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Cəlilabadda altı aylıq hamilə qadının bətnində ölmüş döl aşkarlanıb.

Lent.az-ın verdiyi xəbərə görə, rayonun Adnalı kənd sakini Aygün Əhmətli, səhhətində yaranan problemlə əlaqədar Lənkəran Regional Perinatal Mərkəzə müraciət edib.

Həkimlərin müayinəsi zamanı qadının bətnindəki dölün öldüyü müəyyən edilib. Daha sonra tibbi müdaxilə ilə ölü döl qadının bətnindən çıxarılıb.

Hazırda Aygün Əhmətlinin vəziyyətinin normal olduğu bildirilir.

Qeyd edək ki, Aygün Əhmətli iki övlad anasıdır. Bu, onun üçüncü hamiləliyi olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью