Cəlilabadda maşın dirəyə çırpıldı Xəsarət alanlar var

28.11.2024

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cəlilabad rayonunda yol qəzası baş verib.

“Qafqazinfo”nun verdiyi məlumatına görə, hadisə rayonun Maşlıq kəndinin ərazisində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan “VAZ 2107” markalı minik avtomobili dirəyə çırpılıb.

Qəzada rayon sakini 1961-ci il təvəllüdlü Mirzəcan Cəfərov və 1974-cü il təvəllüdlü Nazim Əlihünbətov müxtəlif bədən xəsarətləri alıb. Onlar təcili tibbi yardım briqadası tərəfindən rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью