Cəlilabadda məktəblərdə yeni peşə təmayüllü siniflər yaradılacaq

04.11.2024

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.

Cəlilabad rayonunda bu il 2 məktəbdə yeni peşə təmayüllü siniflərin yaradılması planlaşdırılır.

Bakupost.az "Report"a istinadla xəbər verir ki, yeni siniflərin Cəlilabad şəhər 3 nömrəli tam orta məktəbində və Sərhədabad kənd tam orta məktəbində təşkil olunması gözlənilir.

Bildirək ki, bu vaxta qədər rayonun digər 5 tam orta məktəbində sözügedən siniflər fəaliyyət göstərib.

Qeyd edək ki, 5 məktəbdə təşkil olunan bu tip siniflər ümumilikdə 122 şagirdi əhatə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью