Cəlilabadda mikroavtobus minik avtomobili ilə toqquşdu

16.05.2025

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Cəlilabad rayonunda yol qəzası baş verib. 

"Unikal" xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. 

Qəza zamanı "Mercedes" markalı sərnişin mikroavtobusu və "VAZ 2106" markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb. 

Faktla bağlı araşdırma aparılır. 

Xəlil Əliyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью