Cəlilabadda minik avtomobili piyadanı vurub

15.11.2024

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Cəlilabad rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məluma görə hadisə rayonun Uzuntəpə kəndi ərazisində baş verib.

Cəlilabad rayon sakini, N. Ağayev idarəetdiyi "VAZ 2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən 1992-ci il təvəllüdlü Rasim İsayevi vurub.

Müxtəlif bədən xəsarətləri alan piyada rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью