Cəlilabadda minik avtomobilləri toqquşdu, ölən və xəsarət alan var KONKRET

27.03.2025

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Cəlilabad rayonunda iki minik avtomobili toqquşub.

KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı “BMW” markalı minik avtomobili ilə “VAZ 21011” markalı minik avtomobili toqquşub. İlkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb və bir nəfər xəsarət alıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью