Cəlilabadda motosiklet qəzası baş verib, xəsarət alan var

02.09.2025

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Unikal" xəbər verir ki, rayonun Suluçeşmə kənd sakini, 1999-cu il təvəllüdlü Cəfərov Əli Zöhrab oğlu motosikletdən yıxılaraq xəsarət alıb.

O, sol baldır nahiyəsinin küt travması və şişkinlik, həmçinin sağ qabırğa nahiyəsinin küt travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Xəlil Əliyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью