Cəlilabadda otlaq sahəsindən silah sursat aşkarlanıb

25.01.2025

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cəlilabad rayonunun Günəşli kəndi ərazisindəki otlaq sahəsində silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

"Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd "Kalaşnikov" konstruksiyalı avtomat, həmin silaha aid patron darağı və 29 ədəd patron aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

Bundan əlavə, Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində 5 nəfər rayon sakini qanunsuz saxladıqları ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью