Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Cəlilabad rayonu ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında yanğın başlayıb.
Axar.az Report-a istinadla xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri cəlb olunub.
Yanğın baş verən ərazidə quru ot kütləsi üstünlük təşkil etdiyi üçün yanğın genişlənməkdə davam edir.