Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Son bir neçə gündə ölkənin böyük kartof istehsalçısı olan Cəlilabad rayonunda istixana şəraitində yetişdirilən kartofun yığımına start verilib.
Bu haqda Redaktor.az-a bir qrup fermer məlumat verib. Onların sözlərinə görə, artıq bir neçə fermer karofun yığımına başlayıb. Aprel ayının sonunda isə kütləvi yığıma start veriləcək. Hazırda alıcılara təqdim olan kartofun start qiyməti 2 AZN-dir.
Fermerlər bildirib ki, becərdikləri kartof paytaxt bazarlarına və Rusiyaya daşınır.
Vasif ƏLİHÜSEYN