Cəlilabadda payızlıq kartofun yığımı BAŞLADI

13.11.2024

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cəlilabad rayonunda payızlıq kartofun yığımına start verilib.

Redaktor.az xəbər verir ki, ayrı-ayrı kəndlərdə bu il payızlıq əkin olaraq 900 hektar sahədə kartof əkilib. Bu rəqəm ötən il 260 hektar olub.

Fermerlər bildirirlər ki, hazırda məhsulu əkin sahəsindən 40-50 qəpiyə satırlar. Satılan məhsul əsasən paytaxt bazarlarına göndərilir.

Qeyd edək ki, bu il rayonda 2 900 hektar sahədə yazlıq kartof əkilib və 81 740 ton məhsul əldə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью