Cəlilabadda payızlıq kartofun yığımı başlayıb

14.11.2024

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cəlilabad rayonunda payızlıq kartofun yığımına start verilib.

"Report"un Muğan bürosunun məlumatına görə, ayrı-ayrı kəndlərdə bu il payızlıq əkin olaraq 900 hektar sahədə kartof əkilib. Bu rəqəm ötən il 260 hektar olub.

Fermerlər bildirirlər ki, hazırda məhsulu əkin sahəsindən 40-50 qəpiyə satırlar. Satılan məhsul əsasən paytaxt bazarlarına göndərilir.

Qeyd edək ki, bu il rayonda 2 900 hektar sahədə yazlıq kartof əkilib və 81 740 ton məhsul əldə olunub.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью