Cəlilabadda pirotexniki vasitə 7 yaşlı uşağın əlində partladı

31.12.2024

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Cəlilabadda bədbəxt hadisə baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə qəsəbəsində qeydə alınıb.

Bayram atəşfəşanlığı keçirilən məhəllədə kustar üsulla hazırlanan pirotexniki vasitənin partlaması nəticəsində 7 yaşlı Ş.A müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Azyaşlı dərhal rayon mərkəzi xəstəxanasına çatdırılıb və ona üzün və tənəffüs yollarının 2-3-cü dərəcəli yanığı diaqnozu qoyulub.

İlkin tibbi yardımdan sonra uşaq Bakıda yerləşən Yanıq Mərkəzinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью