Cəlilabadda polis əməliyyat keçirib

16.09.2026

Icma.az, Ayna portalına istinadən məlumat verir.

18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Cəlilabadda 18 kq artıq narkotik vasitə aşkarlanıb. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Belə ki, narkotik vasitələrin dövriyyəsinə qarşı Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat keçirilib.

Tədbirlərlə saxlanılan 25 yaşlı İskəndər Dadaşovdan ümumilikdə 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью