Cəlilabadda qanunsuz ov faktı AŞKARLANDI

28.11.2024

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Cəlilabad rayonunda qanunsuz ov faktı aşkarlanıb.

Redaktor.az "Report"a istinadən xəbər verir ki,  Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində Ə.Cabbarlı və R.İmanzadənin rayonun Günəşli kəndi ərazisindəki örüş sahəsində qanunsuz ov etdikləri müəyyən olunub.

Onlardan 2 ədəd müxtəlif markalı ov tüfəngləri və qanunsuz ovladıqları çöl quşları aşkarlanıb.

Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib edilərək baxılması məhkəməyə göndərilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью