Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Cəlilabad rayonunun Adnalı kəndində bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Əsgər və Nurlan Əsgərov qardaşları arasında mübahisə zamanı Əsgər Əsgərov bıçağa əl atıb.
Nəticədə 1979-cu il təvəllüdlü Nurlan Əsgərov iki bıçaq xəsarəti alaraq yaralı vəziyyətdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Kənd sakinlərinin məlumatına görə, qardaşlar arasında mübahisələr əvvəllər də baş verib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu.