Cəlilabadda qayda pozan sürücü saxlanıldı Narkotik vasitə, spirtli içki …

26.04.2025

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Volkswagen" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü S.Aslanlıya “saxla” işarəsi verilib.

Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hərəkətləri şübhə doğurduğu üçün müvafiq tibbi müayinədən keçirilməsi təmin edilən sürücünün narkotik vasitə və spirtli içki qəbul etdiyi müəyyən olunub. S.Aslanlı barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью