Cəlilabadda qaz təchizatında fasilə olacaq

10.12.2024

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Cəlilabad rayonunda 5 minə yaxın abonentin qaz təchizatında fasilə olacaq.

"Report"un Muğan bürosunun məlumatına görə, sabah saat 09:00 radələrindən görüləcək işlər başa çatanadək Cəlilabad şəhəri üzrə 4 800 abonentin (Heydər Əliyev prospekti, Babək, Şəhriyar, S.Axundov, N.Nərimanov, Ş.Qurbanov, A.Azərtürk və Cavadxan küçələri) mavi yanacaqla təchizatında fasilə yaranacaq.

Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью