Cəlilabadda QƏZA Azyaşlını maşın vuraraq öldürdü

08.11.2024

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Qarazəncir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
1985-ci il təvəllüdlü E.Mütəllimov idarə etdiyi avtomobillə yolu keçən 2012-ci il təvəllüdlü Məhəmməd Qarayevi vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью