Cəlilabadda qəza FOTO

19.10.2025

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Cəlilabadda yol qəzası olub.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə,  hadisə köhnə Ələt–Astara magistralının Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Astara istiqamətində hərəkət edən “VAZ-2106” markalı minik avtomobili qarşı istiqamətdən gələn “Mercedes” markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb və Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına hospitalizasiya olunublar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью