Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza sentyabrın 22-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 90-KG-307 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil 15-CB-817 dövlət nömtə nişanlı digər “VAZ-2107” markalı minik vasitəsiylə toqquşub.
İlkin məlumata əsasən, qəza avtomobillərdən birinin əks istiqamətdə hərəkət zolağına çıxması nəticəsində baş verib.
Hadisə zamanı xəsarət alan olmayıb. Toqquşma nəticəsində hər iki avtomobilə ciddi maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
bax.tvhttps://player.bax.tv/embed/227221.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar