Cəlilabadda QƏZA: Məktəblilər son anda xilas oldular FOTO

10.01.2025

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yük avtomobili məktəblilər üçün təhlükəli anlar yaşadıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Biləsuvar rayonunda qeydə alınıb.
Şəhər mərkəzindəki məktəb binası qarşısında şagirdlər piyada keçidindən keçərkən hərəkətdə olan yük avtomobilinin əyləc sistemində qəfildən nasazlıq yaranıb.
İdarəetməni itirən sürücü şagirdləri vurmamaq üçün maşını kənara yönləndirərək yaxınlıqdakı kafenin hasarına çırpıb.
Qəzada xoşbəxtlikdən xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.


Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью