Cəlilabadda qəza Ölən və xəsarət alan var

05.12.2024

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


***
Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, "VAZ 2110" markalı minik avtomobili ilə "Qazel" markalı yük avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью