Cəlilabadda qəza olub Xəsarət alanlar var

04.07.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cəlilabadda baş verən yol-nəqliyyat hadisəsində 3 nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, hadisə Yeni Ələt–Astara magistralının Cəlilabad rayonuna giriş hissəsində baş verib. Astara istiqamətində hərəkətdə olan "Toyota Corolla" markalı avtomobilin sürücüsü idarəetməni qəfil itirib. Nəticədə avtomobil yol kənarındakı mühafizə səddini aşaraq yolun kənarına aşıb.

Hadisə nəticəsində avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью