Cəlilabadda qəza Yaralılar var

26.11.2024

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

Cəlilabad rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərzisində qeydə alınıb.

Belə ki, “Prius” və “VAZ 2107” markalı minik avtomobilləri toqquşub, daha sonra “Prius” aşıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 1964-cü il təvəllüdlü Abdul Vəlişov və 1989-cu il təvəllüdlü Vüsal Vəliyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onların rayona yas məclisinə gedən qonaqlar olduğu deyilir.

İlkin olaraq qəzaya səbəb, yağışlı hava şəraiti olması bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью